21848bb5-c005-42c8-9f36-cbc997ef605e..jpg

Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal uğrunda görüşə çıxacaq – YENİLƏNİB

Baxış sayı: 566 dəfə baxılıb.

Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal uğrunda görüşə çıxacaq –
YENİLƏNİB

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Serbiyanın paytaxtı Belqradda
keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.

Cixisyolu.com xəbər verir ki, 87 kq çəki dərəcəsində mübarizə aparan idmançı ilk
təsəlliverici qarşılaşmada Qırğızıstandan olan Azat Salidinovla, daha sonra isə
belaruslu Kiril Maskeviçlə dueldən qalib ayrılıb.

Abbasov bürünc medal qazanmaqla yanaşı Paris-2024 Yay Olimpiya Oyunlarına
lisenziya da əldə edə bilər.

11:04

Bu gün Azərbaycanın daha iki yunan-Roma güləşçisi Serbiyanın paytaxtı
Belqraddakı dünya çempionatında final görüşünə çıxacaq.

Cixisyolu.com xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov
həlledici raundda Gürcüstan təmsilçisi Leri Abuladze ilə üz-üzə gələcək.

67 kq-dakı Həsrət Cəfərov qızıl medal uğrunda kubalı Luis Sançeslə görüşəcək.

Bundan əlavə, 87 kq-dakı İslam Abbasov təsəlliverici qarşılaşmada
Qızğızıstandan olan Azat Salidinovun müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq),
Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, sərbəst
güləşçilərdən Osman Nurməhəmmədov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) gümüş
medal qazanıblar. Sənan Süleymanov, Həsrət Cəfərov və Maqomedxan Maqomedov
Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya da əldə ediblər.

Source link