7425d9f4-e466-4c0c-b8ce-4c0d1af2e242..jpg

Dünya çempionatı: Azərbaycan güləşçisi finala yüksələrək olimpiadaya lisenziya əldə edib – YENİLƏNİB

Baxış sayı: 551 dəfə baxılıb.

Dünya çempionatı: Azərbaycan güləşçisi finala yüksələrək olimpiadaya lisenziya
əldə edib – YENİLƏNİB

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Serbiyanın paytaxtı
Belqradda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Cixisyolu.com xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançı finala gedən
yolda Gürcüstan təmsilçisi Givi Maçaraşvili ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Maqomedov həm finala yüksəlib, həm də Paris-2024 Yay
Olimpiya Oyunlarına lisenziya qazanıb.

17:33

Azərbaycanın üçqat Avropa və üçqat dünya çempionu Hacı Əliyev Serbiyanın
paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatında 1/4 final
mərhələsini keçə bilməyib.

Cixisyolu.com xəbər verir ki, 65 kq çəki dərəcəsində yarışan idmançımız təsnifat
mərhələsində Şauohua Yuanı (Çin) məğlub edib – 10:4. Daha sonra sərbəst
güləşçimiz 1/16 finalda Georgiy Okorokovu (Avstraliya) üstələyib – 9:2. 1/8
finalda Hacı Tulqa Tumur Oçirə (Monqolustan) son xal prinsipi ilə qalib gəlib –
3:3.

Əliyevin 1/4 finaldakı rəqibi Vazgen Tevanyan (Ermənistan) olub. İlk görüşdə
burnundan qan açılan və növbəti qarşılaşmaları belə keçirən güləşçi 1/4 finalda
da eyni problemlə üzləşib. Nəticədə 2:12 hesabı ilə uduzan H.Əliyev mübarizəni
dayandırıb. Rəqibi finala çıxacağı təqdirdə, Hacı bürünc medal uğrunda
təsəlliverici görüşlərə qatılacaq.

97 kq çəki dərəcəsində yarışan digər sərbəst güləşçimiz Maqomedxan Maqomedov
təsnifat mərhələsində Strahinya Despiçə (Serbiya) 7:0 qalib gəlib gələrək 1/8
finala yüksəlib. Onun növbəti rəqibi türkiyəli İbrahim Çiftçi olub. 4:0 hesabı
ilə qalib gələn idmançımız 1/4 finala adlayıb. Burada isə o, almaniyalı Erik
Tyeleni tuşe ilə üstələyərək yarımfinala çıxıb.

Qadınların yarışında 59 kq-da Alyona Kolesnik startda Bolortuya Xurelxuu
(Monqolustan) üzərində qələbə qazanıb – 6:3. Lakin o, 1/4 finalda çinli Janq
Çiyə tuşe ilə məğlub olub.

Bu gün, həmçinin daha üç sərbəst güləşçimiz medal qarşılaşmasına çıxacaq. 92
kq-dakı Osman Nurmaqomedov finalda qazaxıstanlı Rizabek Aytmuxanla güləşəcək.
74 kq-da Turan Bayramov və 79 kq-da Orxan Abbasov bürünc medal uğrunda
güləşəcəklər.

10:08

Bu gün Azərbaycanın daha iki sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda
keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Cixisyolu.com-ın məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən üçqat dünya və
üçqat Avropa çempionu Hacı Əliyev təsnifat mərhələsində Çin təmsilçisi Şauhua
Yuanla üz-üzə gələcək.

97 kq-da Maqomedxan Maqomedov 1/16 finalda serbiyalı Strahinya Despiçin
müqavimətini qırmağa çalışacaq.

Qadın güləşçilərdən isə Alyona Kolesnik xalça üzərinə çıxacaq. 59 kq-da yer
alan idmançı 1/8 finalda Bolortuya Xurelxuu (Monqolustan)/Kristina Sazıkina
(Belarus, neytral status) cütünün qalibi ilə görüşək.

Bu gün həmçinin daha üç sərbəst güləşçi medal qarşılaşmasına çıxacaq. 92
kq-dakı Osman Nurmaqomedov finalda qazaxıstanlı Rizabek Aytmuxanla güləşəcək.
74 kq-da Turan Bayramov və 79 kq-da Orxan Abbasov bürünc medal uğrunda
güləşəcəklər. Onların rəqibləri təsəlliverici duellərdən sonra bəlli olacaq.
Bayramov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya da əldə edə bilər.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 24-də başa çatacaq.

Source link