52c7b31d-158f-4fcb-809b-92653195ce20..jpg

Dünya çempionatı: Azərbaycan güləşçisi finala yüksəldi

Baxış sayı: 499 dəfə baxılıb.

Dünya çempionatı: Azərbaycan güləşçisi finala yüksəldi

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Serbiyanın paytaxtı
Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında finala yüksəlib.

“Report”un məlumatına görə, 92 kq çəki dərəcəsində çıxış edən idmançı bütün
rəqiblərini məğlub edərək, həlledici görüşə vəsiqə qazanıb.

O, sentyabrın 18-də finalda qazaxıstanlı Rizabek Aytmuxanla qarşılaşacaq.

Yarışın ikinci günündə mübarizəyə qoşulan Turan Bayramov (74 kq) və Orxan
Abasov (79 kq) yarımfinala qədər irəliləsələr də, finala adlaya bilməyiblər.
Onlar sabah bürünc medal uğrunda yarışacaqlar.

57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə isə 1/8 finalda məğlub olub.

Qeyd edək ki, lisenziya xarakterli dünya çempionatı sentyabrın 24-də başa
çatacaq.

Source link