ad8241f3-99d4-4f3b-8b86-f9e8c81df11f..jpg

Dünya çempionatı: Azərbaycan millisi komandalararası yarışda gümüş medal qazanıb – YENİLƏNİB

Baxış sayı: 568 dəfə baxılıb.

Dünya çempionatı: Azərbaycan millisi komandalararası yarışda gümüş medal
qazanıb – YENİLƏNİB

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Xorvatiyada keçirilən dünya
çempionatında komandalararası yarışda gümüş medal qazanıb.

“Report”un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma finalda Fransa
seçməsinə uduzub – 1:4

Türkiyə və Yaponiya bürünc medala sahib olub.

16:28

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Xorvatiyada keçirilən dünya
çempionatında komandalararası yarışda növbəti qələbəsini qazanıb.

“Report”un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma yarımfinalda
Türkiyə seçməsini məğlub edib – 4:3.

Komanda qızıl medal uğrunda görüşdə Fransa kollektivi ilə üz-üzə gələcək.

14:03

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Xorvatiyada keçirilən dünya
çempionatında komandalararası yarışda növbəti qələbəsini qazanıb.

“Report”un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma 1/4 finalda
Qazaxıstanı məğlub edib – 4:2.

12:53

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Xorvatiyada keçirilən dünya
çempionatında komandalararası yarışa qələbə ilə start verib.

“Report”un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma 1/8 final
mərhələsində Yunanıstan kollektivinə qalib gəlib – 4:1.

Milli növbəti raundda Qazaxıstan – Çin Taypeyi cütünün güclüsü ilə görüşəcək.

09:12

Bu gün Xorvatiyada keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya
çempionatına yekun vurulacaq.

“Report”un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, sonuncu gündə
komandalararası yarış baş tutacaq.

Azərbaycan millisi 1/8 final mərhələsində Yunanıstan seçməsi ilə üz-üzə
gələcək.

Qeyd edək ki, yığma fərdi mübarizəni medal sıralamasında birinci pillədə başa
vurub. Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov
(50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq
İskəndərov (55 kq), Süleyman Şükürov (73 kq) və Ramazan Əhmədov (90+) isə
bürünc medal əldə ediblər.

Source link