a09e8d38-c6da-4b65-906a-850b28b4b88a..jpg

Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayırlar

Baxış sayı: 793 dəfə baxılıb.

Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayırlar

Qazaxıstanın Almatı şəhərində keçirilən şahmat üzrə dünya çempionatında bu gün
blits yarışlarına start veriləcək.

“Report”un məlumatına görə, kişilərin mübarizəsində 12 tur, qadınların
duelində 9 tur oynanılacaq.

Turnirdə Azərbaycanı kişilərdə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif
Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla
Qədimbəyli, qadınlarda isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə
Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva təmsil
edirlər.

Qeyd edək ki, mükafat fondu 1 milyon ABŞ dolları olan dünya çempionatı
dekabrın 30-da başa çatacaq. Ötən gün rapid növündə qaliblər müəyyənləşib.

Source link