c84e2d00-51b2-4885-8ff7-47af01b600f9..jpg

Dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi qızıl medal qazana bilər

Baxış sayı: 464 dəfə baxılıb.

Dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi qızıl medal qazana bilər

Bu gün Azərbaycanın daha iki yunan-Roma güləşçisi Serbiyanın paytaxtı
Belqraddakı dünya çempionatında final görüşünə çıxacaq.

Cixisyolu.com xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov
həlledici raundda Gürcüstan təmsilçisi Leri Abuladze ilə üz-üzə gələcək.

67 kq-dakı Həsrət Cəfərov qızıl medal uğrunda kubalı Luis Sançeslə görüşəcək.

Bundan əlavə, 87 kq-dakı İslam Abbasov təsəlliverici qarşılaşmada
Qızğızıstandan olan Azat Salidinovun müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq),
Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, sərbəst
güləşçilərdən Osman Nurməhəmmədov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) gümüş
medal qazanıblar. Sənan Süleymanov, Həsrət Cəfərov və Maqomedxan Maqomedov
Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya da əldə ediblər.

Source link