Dünya çempionatı: Azərbaycanın daha üç gənc cüdoçusu mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha üç cüdoçusu Portuqaliyanın Odivelas şəhərində
keçirilən gənclərin dünya çempionatında mübarizəyə başlayacaq.
“Report”un məlumatına görə, yarışın ikinci günündə Süleyman Əliyev və Vüsal
Qələndərzadə (73 kq) tatamiyə çıxacaqlar.
Qızlardan isə Fidan Əlizadə (57 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, daha əvvəl Nizami İmranov (60 kq) gümüş medal əldə edib. Digər 4
cüdoçu isə turniri mükafatsız başa vurub.