736b585f-3692-4647-aa54-d4126e88d611..jpg

Dünya çempionatı: Dörd güləşçimiz mübarizəyə başlayır

Baxış sayı: 532 dəfə baxılıb.

Dünya çempionatı: Dörd güləşçimiz mübarizəyə başlayır

Bu gün Azərbaycanın dörd sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda
keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Prosport.az xəbər verir ki, 61 kq çəki dərəcəsində çıxış edən İntiqam Vəlizadə
təsnifat mərhələsində Cənubi Koreya təmsilçisi Hyeonsik Sonqla üz-üzə gələcək.

70 kq-da Məhəmməd-Bəşir Xaniyev eyni raundda Qazaxıstandan olan Sanjar
Dojanovla qarşılaşacaq.

86 kq-da Əbubəkr Abakarov 1/16 finalda kanadalı Aleksandr Mur, 125 kq-da
Georgi Meşvildişvili bolqarıstanlı İslam Adizovla güləşəcək.

Qeyd edək ki, lisenziya xarakterli dünya çempionatı sentyabrın 24-də başa
çatacaq.

Source link