54f726b7-7ba6-4d13-b4dd-dbfc7a00ebdf..jpg

Dünya çempionatı: İki cüdoçumuz üçün bürünc medal şansı – YENİLƏNİB

Baxış sayı: 606 dəfə baxılıb.

Dünya çempionatı: İki cüdoçumuz üçün bürünc medal şansı – YENİLƏNİB

Azərbaycanın yeniyetmə cüdoçuları Ramazan Əhmədov və Aslan Kotsoyev
Xorvatiyada keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxacaqlar.

Cixisyolu.com xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində yer alan Əhmədov 1/4
finalda Özbəkistan təmsilçisi Elnur Xolmuminovdan güclü olub. Lakin o, finala
gedən yolda türkiyəli İbrahim Tataroğluya yenilib.

90 kq çəki dərəcəsində çıxış edən Aslan Kotsoyev də yarımfinalda məğlubiyyətlə
üzləşib. 1/4 finalda azərbaycanəsilli İsveç cüdoçusu Emil Cəbiyevə qalib gələn
idmançı finalın bir addımlığında italyan Kristiano Mincinesi ilə bacarmayıb.

14:34

Azərbaycanın iki yeniyetmə cüdoçusu Xorvatiyada keçirilən dünya çempionatında
1/4 finala yüksəlib.

Cixisyolu.com xəbər verir ki, 90 kq çəki dərəcəsində yarışan Aslan Kotsoyev 1/16
final mərhələsində İspaniya təmsilçisi Perez Ramirezi, növbəti raundda
serbiyalı Nikola Giroviçi məğlubiyyətə uğratmaqla buna nail olub.

90 kq-dan yuxarı çəkidəki Ramazan Əhmədov isə 1/8 finalda italiyalı Emiliano
Rossidən güclü olaraq növbəti mərhələyə adlayıb.

10:03

Xorvatiyada keçirilən yeniyetmələr arasında cüdo üzrə dünya çempionatı davam
edir.

Cixisyolu.com xəbər verir ki, fərdi yarışların son günündə Azərbaycanın iki cüdoçusu
uğur qazanmağa çalışacaq.

90 kq çəki dərəcəsində Aslan Kotsoyev, 90 kq-dan yuxarı çəkidə isə Ramazan
Əhmədov mübarizə aparacaqlar. Aslan Kotsoyev 1/16 finalda Perez Ramirezlə
(İspaniya), Əhmədov 1/8 finalda Emiliano Rossi (İtaliya) – Lukas Paulauskas
(Litva) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan təmsilçilərindən daha əvvəl Nihad Məmişov (50 kq),
Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60
kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq) və Süleyman
Şükürov (73 kq) bürünc medal əldə ediblər.

Source link