8aee68d2-1b5c-439c-9437-98fde1500bdd..jpg

Dünya çempionatı: Kişilər və qadınlar arasında atəşaçma növündə qaliblər müəyyənləşdi – FOTO

Baxış sayı: 512 dəfə baxılıb.

Dünya çempionatı: Kişilər və qadınlar arasında atəşaçma növündə qaliblər
müəyyənləşdi – FOTO

Bakıda təşkil edilən dünya çempionatında kişilər və qadınlar arasında 10 metr
məsafəyə hərəkət edən hədəfə atəşaçma növündə qaliblər müəyyənləşib.

“Report”un məlumatına görə, kişilərin yarışında ilk iki yeri ukraynalı
idmançılar tutublar.

Denis Bablyuk 384 xalla çempion olub, İqor Kizima 381 xalla gümüş medala
yiyələnib. Kizima ilə eyni xal toplayan Kris Qrosshem üçüncülük əldə edib.
Komanda növündə Ukrayna birinci, Finlandiya ikinci, Cənubi Koreya üçüncü olub.

Qadınların mübarizəsində Qazaxıstan təmsilçisi Aleksandra Saduakassova (378)
dünya çempionluğunu qazanıb. Onun 18 yaşlı həmyerlisi Zuxra İrnazarova eyni
xalla ikinciliyi bayram edib. Ukraynalı Valentina Qonçarova isə (370 xal)
bürünc medal alıb. Komanda növündə Qazaxıstan birinci, Ukrayna ikinci yeri
tutub.

Kişilərin yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxan Denis Bablyuk
mükafatlandırma mərasimindən sonra təəssüratlarını bölüşüb:

“Yarış çox çətin keçdi. Amma diqqətimizi cəmləyib uğur qazana bildik. Nəticədə
həm fərdi, həm də komanda yarışında uğur qazandıq. Çempionat da çox gözəl
təşkil olunub. Bakı Atıcılıq Mərkəzi yüksək səviyyədədir. Burada hər şey
əladır. Təşkilatçılıq ideal səviyyədədir. Yaradılan şəraitə görə hər birinizə
təşəkkür edirik”.

Source link