9fcd3aa4-a5ec-4a34-a0cb-40cc82975da8.jpg

Dünya çempionatı: Sərbəst güləşçilərimiz mübarizəyə başlayırlar

Baxış sayı: 129 dəfə baxılıb.

Azərbaycanın sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən
qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında bu gün mübarizəyə
başlayacaqlar.

Cixisyolu.com xəbər verir ki, Nürəddin Novruzov (61 kq) 1/8 finalda Piter Luis
(Kosta-Rika) – Ahmet Duman (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.

Kənan Heybətov (70 kq) təsnifatda hindistanlı Maniş Qosvaminin müqavimətini
qırmağa çalışacaq. Orxan Abasov (79 kq) 1/6 finalda Ermənistandan olan Arman
Avakyanla, Abubakr Abakarov (92 kq) təsnifatda Şimali Makedoniya təmsilçisi
Redjep Haydari ilə qarşılaşacaq.

Bundan əlavə, qadın güləşçilərimiz təsəlliverici görüşlərə çıxacaqlar. Alyona
Kolesnik (59 kq) bu raunddakı rəqibini gözləyir, Elis Manolova isə Meysi Kilti
(ABŞ) ilə üz-üzə gələcək.

Qeyd edək ki, ötən gün yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq),
Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olublar.
Yığmamız komanda hesabında birinci yeri tutub. Dünya çempionatı oktyabrın 31-də
başa çatacaq.

Source link