Sabah Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı başlayacaq.
ÇıxışYolu.Com xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə start verəcəklər.
Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və yığma üzvlərinin rəqibləri müəyyənləşib.
57 kq
1/8 final – Əfqan Xaşalov – Reyneri Andreu Orteqa (CUB)
65 kq
1/8 final – Turan Bayramov – Kristofer Morqan Misaak (CAN)
70 kq
Təsnifat – Davud İbrahimov – Mark Dietşe (SUİ)
79 kq
Təsnifat – Abubakr Abakarov – Atay İzabekov (KGZ)