Dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri açıqlandı – SİYAHI
Oktyabrın 23-dən 29-a qədər Albaniyanın paytaxtı Tiranada keçiriləcək 23
yaşadək güləşçilər arasında dünya çempionatında Azərbaycanı təmsil edəcək
idmançılar müəyyənləşib.
Dünya Güləş Birliyinin saytının yaydığı məlumata görə, ölkəmizin idman
şərəfini 26 pəhləvan qorumağa çalışacaq.
Sərbəst güləş yığmamızın heyətində Rəhman İmanov (57 kq), Ceyhun Allahverdiyev
(61 kq), Zirəddin Bayramov (65 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Hacıyev
(74 kq), Əşrəf Aşırov (79 kq), Arseni Cioyev (86 kq), Abdulcəlil Şabanov (92
kq), İslam İlyasov (97 kq) və Vaxit Qalayev (125 kq) yer alıblar.
Fərid Sadıxlı (55 kq), Nihad Quluzadə (60 kq), Ziya Babaşov (63 kq), Həsən
Məmmədli (67 kq), Ruslan Nurullayev (72 kq), Xasay Həsənli (79 kq), Elcan
Məmmədov (82 kq), Məhəmməd Əhmədiyev (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan
Məmmədov (130 kq) yunan-Roma güləşində güclərini sınayacaqlar.
Qadın güləşçilərimizdən isə Elnurə Məmmədova (50 kq), Gültəkin Şirinova (53
kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (62 kq), Nigar Mirzəzadə (65 kq) və
Mərziyyə Sadıqova (72 kq) dünya çempionatında yarışacaqlar.