Dünya çempionatında iştirak edən komandaların baş məşqçilərinin məvacibləri açıqlanıb.
ÇıxışYolu.Com xəbər verir ki, onların arasında ən çox qazananı Yoaxim Lövdür.
Onun illik məvacibi 3,8 milyon avrodur.
II yerdə Braziliya millisinin çalışdırıcısı Tite və Fransa millisinin baş məşqçisi Didye Deşam gəlir. Hər iki mütəxəssisin məvacibi 3,4 milyon avrodur. İspaniya millisinin çalışdırıcısı Xulyen Lopateqinin məvacibi isə 2,9 milyon avroya bərabərdir.
İştirakçılar arasında ən az məvacib Seneqalın baş məşqçisi Aliu Sissedədir. O, ilinə 200 min avro qazanır.
1. Yoaxim Löv (Almaniya) – 3,8 milyon
2. Tite (Braziliya) – 3,4 milyon
2. Didye Deşamp (Fransa) – 3,2 milyon
4. Xulen Lopeteqi (İspaniya) – 2,9 milyon
5. Stanislav Çerçesov (Rusiya) – 2,5 milyon
6. Fernandu Santuş (Portuqaliya) – 2,18 milyon
7. Karluş Keyroş (İran) – 1,9 milyon
7. Qaret Sautqeyt (İngiltərə) – 1,9 milyon
9. Xorxe Sampaoli (Argentina) – 1,77 milyon
10. Oskar Tabares (Uruqvay) – 1,7 milyon
11. Ektor Kuper (Misir) – 1,5 milyon
11. Xose Pekerman (Kolumbiya) – 1,5 milyon
13. Xuan Pitsi (Səudiyyə Ərəbistanı) – 1,4 milyon
14. Bert van Marveyk (Avstraliya) – 1,17 milyon
15. Rikardo Qareka (Peru) – 1,1 milyon
16. Xuan Osorio (Meksika) – 1 milyon
17. Oqe Hareyde (Danimarka) – 925 min
17. Akira Nishino (Yaponiya) – 925 min
17. Roberto Martines (Belçika) – 925 min
20. Vladimir Petkoviç (İsveçrə) – 845 min
21. Erve Renar (Mərakeş) – 778 min
22. Heymir Halqrimson (İslandiya) – 697 min
23. Zlatko Daliç (Xorvatiya) – 546 min
24. Qernot Ror (Nigeriya) – 497 min
25. Yane Andeşon (İsveç) – 448 min
25. Shin Tae-yonq (Cənubi Koreya) – 448 min
27. Ernan Qomes (Panama) – 398 min
28. Nabil Maalul (Tunis) – 348 min
28. Oskar Ramires (Kosta Rika) – 348 min
30. Mladen Krstayiç (Serbiya) – 298 min
31. Adam Navalka (Polşa) – 268 min
32. Aliu Sisse (Seneqal) – 200 min
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com