Azərbaycanın dörd yunan-Roma güləşçisi bu gün Albaniyanın paytaxtı Tiranada
start götürəcək dünya çempionatında mübarizə aparacaq.
Cixisyolu.com xəbər verir ki, üçqat dünya çempionu Eldəniz Əzizli (55 kq) 1/8 finalda
Almaniya təmsilçisi Bayram Sina ilə üz-üzə gələcək.
Nihat Məmmədli (63 kq) təsnifat mərhələsində İldar Hafizovla (ABŞ) güləşəcək.
Ülvü Qənizadə (72 kq) 1/8 finalda Otar Abuladze (Gürcüstan) – Dariuş Atilla
Vitek (Macarıstan) cütünün qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.
Nəhayət, Qurban Qurbanov (82 kq) təsnifat mərhələsində Kevin Kupi (Albaniya)
ilə qarşılaşacaq.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 31-də başa çatacaq.