Dünya çempionu avtomobil qəzasında öldü

Baxış sayı: 2. 851 dəfə baxılıb.

Keçmiş boksçu Qrasiano Rokkicani avtomobil qəzasında ölüb. 

ÇıxışYolu.Com “Spiegel” nəşrinə istinadən xəbər verir ki, 54 yaşlı almaniyalı veteran idmançı İtaliyada qəzaya uğrayıb. 

Boksçunun meneceri qəzanın təfərrüatını açıqlamayıb. 

Qeyd edək ki, vaxtilə Rokkicani IBF (Beynəlxalq Boks Federasiyası), habelə WBC (Ümumdünya Boks Şurası) versiyası üzrə dünya çempionu olub. O, peşəkar rinqdə keçirdiyi 48 döyüşdən 41-də qalib olub. 

www.ÇıxışYolu.Com