Dünya çempionu Həbib Nurməhəmmədovun hərəkətindən danışdı

Baxış sayı: 2. 364 dəfə baxılıb.

Dünya çempionu Həbib Nurməhəmmədovun hərəkətindən danışdı

WBA Super versiyası üzrə dünya çempionu olan boksçu Vasili Lomaçenko rusiyalı idmançı Həbib Nurməhəmmədovun irlandiyalı Konor Makqreqorla döyüşdən sonrakı hərəkətinə münasibət bildirib.

ÇıxışYolu.Com xəbər verir ki, Lomaçenko EsNews-a açıqlamasında Nurməhəmmədovun etdiklərinə qiymət verməkdə çətinlik çəkdiyini bildirib. 

“Hansısa qiymət vermək olduqca çətindir. Siz Həbibin Konorla döyüşdən sonra nə hiss etdiyini, nə düşündüyünü bilmirsiniz. İnsanı anlamaq və nədənsə danışmaq üçün onun yerində olmaq, nə hiss etdiyini başa düşmək lazımdır. Bir çoxları deyir ki, bu, doğru deyildi, qeyri-idman və qeyri-peşəkar hərəkət idi. Bəli, razıyam, lakin…”, – deyə o vurğulayıb.

www.ÇıxışYolu.Com