7e400dac-5a85-48d7-a626-8286d60d7cc2..jpg

Dünya çempionu olmuş Azərbaycan şahmatçısı Vətənə qayıdıb

Baxış sayı: 420 dəfə baxılıb.

Dünya çempionu olmuş Azərbaycan şahmatçısı Vətənə qayıdıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyada 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qalib
olmuş Azərbaycan idmançısı Ayan Allahverdiyeva Vətənə qayıdıb.

“Report”un məlumatına görə, onu Heydər Əliyev Beynəlxalq Aeroportunda
yaxınları, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər qarşılayıblar.

Qeyd edək ki, A.Allahverdiyeva Montesilvano şəhərində 18 yaşadək şahmatçılar
arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb. O, 11 oyunda 9,5
xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.

Yarışda 94 ölkədən 1 000-ə yaxın şahmatçı iştirak edib.

Source link