Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.
ÇıxışYolu.Com xəbər verir ki, artıq oğlanlarda sərbəst güləş yarışları başa çatıb.
Millimiz bu yarışdan iki qızıl və bir bürünc medal qazanıb. Əlihəsən Əmirli (48 kq) və Turan Bayramov (65 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə bürünc medala layiq görülüb.
Bunlardan dünya çempionumuz Turan Bayramovun yolu 1/4 finalda Ermənistan idmançısı Narek Harutyunyanla kəsişib. İdmançımız rəqibini 8:4 hesabı ilə məğlub edib.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com