1f71d9c1-36db-4ae2-bb82-412174096de2..jpg

Dünya çempionumuza millidə vəzifə verildi – TƏYİNATLAR

Baxış sayı: 2. 779 dəfə baxılıb.

Dünya çempionumuza millidə vəzifə verildi – TƏYİNATLAR

Cüdo millilərimizdə məşqçi təyinatları gerçəkləşib.

Cixisyolu.com-ın xəbərinə görə, əsas təyinat dünya və Avropa çempionu, əsas
millimizin sabiq məşqçisi Elxan Məmmədovun 5 aylıq fasilədən sonra yenidən
məşqçiliyə qayıtmasıdır.

O, gənclərdən ibarət millimizə baş məşqçi təyin olunub. Elxan Məmmədova Elxan
Rəcəbli və Rüstəm Alimli kömək edəcək.

Həmçinin böyüklərdən ibarət millimizdə Mövlud Mirəliyevin baş məşqçi, Elçin
İsmayılovun məşqçi kimi işini davam etdirməsi təsdiqlənib. Onlara Mehman Əzizov
və Zaur Babayev də qoşulub.

Yeniyetmələrdən ibarət millimizdə Ramiz Ramizzadənin qalması təsdiqini tapıb.
Həmçinin, karyerasını avqustda bitirmiş Nicat Şıxəlizadənin və Emin
İsgəndərovun onun köməkçisi olması təsdiqlənib.

Qadınlardan ibarət millimizdə baş məşqçi Rəşad Məmmədov, onun köməkçisi
İmamverdi Məmmədov olacaq. Gənclərdə isə onun köməkçiləri Vüqar Hüseynovla
Kifayət Qasımova, yeniyetmələrdə isə Elnur İsmayılov olacaq. Dünya və Avropa
mükafatçısı Kifayət Qasımovanın təyinatı yenidir.

Səbuhi Musayev

Source link