2284cafd-2604-4d93-9560-dd63eb6a9b54..jpg

Dünya Kuboku: Azərbaycanın daha iki idmançısı finalda

Baxış sayı: 767 dəfə baxılıb.

Dünya Kuboku: Azərbaycanın daha iki idmançısı finalda

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan millisinin
daha iki üzvü finala vəsiqə qazanıb.

Azərbaycan Gimnastika Federasiyasının yaydığı məlumata görə, İvan Tixonov və
Nazənin Teymurova həlledici raunda yüksəliblər.

Teymurova sərbəst hərəkətlər, Tixonov isə turnikdə hərəkətlərin icrasına görə
finala vəsiqə əldə edib.

Xatırladaq ki, dünən komandamızın üzvü Nikita Simonov halqalarla hərəkətlərin
icrasında təsnifat mərhələsini birinci başa vuraraq finala adlamışdı.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən Dünya Kubokunun
finalları martın 11-12-də keçiriləcək.

Source link