fc174029-2887-45eb-9c21-162c7f2850a8..jpg

Dünya Kuboku: Nicat Abasovun rəqibi müəyyənləşib

Baxış sayı: 457 dəfə baxılıb.

Dünya Kuboku: Nicat Abasovun rəqibi müəyyənləşib

Azərbaycan şahmatçısı Nicat Abasovun Bakıda təşkil olunan Dünya Kubokunda 3-cü
yer uğrunda oyunda qarşılaşacağı rəqib müəyyənləşib.

Cixisyolu.com-ın məlumatına görə, 28 yaşlı qrosmeyster yarımfinalda Rameşbabu
Praqqnanandxaya (Hindistan) məğlub olan (2,5:3,5) Fabiano Karuana (ABŞ) ilə
münasibətləri aydınlaşdıracaq. Hindistan təmsilçisi isə finalda norveçli Maqnus
Karlsenlə qarşılaşacaq.

Qeyd edək ki, həlledici görüşlər avqustun 22-24-də baş tutacaq. Nicat Abasov
yarımfinalda beşqat dünya çempionu Maqnus Karlsenə 0,5:1,5 hesabı ilə uduzub.

Source link