45b3560a-0c73-402e-9743-a1e3edb0e8eb..jpg

Dünya Kubokunda üç gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Vətənə qayıdıb – FOTO

Baxış sayı: 367 dəfə baxılıb.

Dünya Kubokunda üç gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Vətənə
qayıdıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tailandın Puket şəhərində keçirilmiş Dünya Kubokunda üç gümüş medal qazanan
Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Vətənə qayıdıb.

“Report”un məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma
mərasimi olub.

Mərasimdə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının rəsmiləri, atletin
yaxınları, azarkeşlər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dünya Kubokunda üç gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Dadaş
Dadaşbəyli bunun onun üçün çox böyük uğur olduğunu bildirib.

O, yarışın səviyyəsinin dünya çempionatına bərabər olduğunu söyləyib.

“Avropa çempionatındakı zədəmlə əlaqədar məşqlərə qoşula bilməmişdim. Turnirdə
iştirakım üçün federasiyanın vitse-prezidenti Firdovsi Umudov böyük dəstək
verdi. Mənə olan etimadı doğruldub üç gümüş medal qazandım. Dünya
çempionatından üç bürünc qazansam da, bu nəticələr də mənim uğurlarım sırasına
əlavə olundu. Bundan sonra mundiala hazırlaşacağam. Gələcək hədəflərim və
iştirak edəcəyim yarışlar çoxdur”, – D.Dadaşbəyli əlavə edib.

Qeyd edək ki, Dadaş Dadaşbəyli turnirdə toplam 388 kq (177+211) nəticə
göstərib.

Source link