Dünya liderləri İlham Əliyevi təbrik edir - YENİLƏNİB

Dünya liderləri İlham Əliyevi təbrik edir – YENİLƏNİB

Baxış sayı: 1. 984 dəfə baxılıb.

Fələstin Dövlətinin prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

ÇıxışYolu.Com xəbər verir ki, məktubda deyilir:

“Qardaşım İlham Əliyev, hörmətli cənab Prezident. Respublikanızın yaranmasının yüz illiyi münasibətilə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırır, xalqımızın hüquqlarına dəstək olan həmrəylik mövqeyinizə görə Sizə dərin ehtiramımı bildirir, ölkələrimizi və xalqlarımızı birləşdirən güclü qardaşlıq əlaqələrimizlə fəxr edirəm.

Ölkələrimiz və xalqlarımızın qarşılıqlı maraq və mənafeləri üçün bu əlaqələri inkişaf etdirmək, bütün sahələrdə yeni üfüqlər açmaq və qarşılıqlı əməkdaşlığı gücləndirmək bizim üçün hər zaman diqqət mərkəzində olacaq. Lütfən ən səmimi təbriklərimi qəbul edin.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ölkənizə və xalqınıza yüksək tərəqqi və rifah arzu edirəm”.

15:59

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, təbrik mətnində deyilir:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə ən səmimi təbriklərimi, Azərbaycana və onun xalqına firavanlıq arzularımı qəbul edin.

2017-ci ilin oktyabr ayında ölkənizə səfərim zamanı qurulmuş dostluq əlaqələrini çox yüksək qiymətləndirirəm.

Mən əminəm ki, Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasındakı sıx əlaqələr gələcəkdə də xalqlarımızın mənafeyi naminə dostluq və xoş niyyət ruhunda inkişaf edəcəkdir.

Sizə Azərbaycan Respublikasının tərəqqi və inkişafı yolunda ali dövləti fəaliyyətinizdə möhkəm cansağlığı və uğurlar arzu edirəm.

Hörmətli cənab Prezident, ən dərin ehtiramımı qəbul edin”.

15:18

Latviya Respublikasının prezidenti Raymonds Veyonis Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

ÇıxışYolu.Com-ın məlumatına görə, təbrik mətnində deyilir:  

“Zati-aliləri,

Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100 illiyi münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, ölkənizə və xalqınıza rifah və sülh diləyirəm.

Mən Latviya ilə Azərbaycan arasında konstruktiv əməkdaşlığı görməkdən çox məmnunam. Fürsətdən istifadə edərək, bizim siyasi, iqtisadi və mədəni əlaqələrin vətəndaşlarımızın qarşılıqlı faydası naminə daha da inkişaf edəcəyinə əminliyimi ifadə etmək istərdim.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

www.ÇıxışYolu.Com