Dünya liderləri İlham Əliyevi təbrik edirlər – YENİLƏNİR
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevdən Azərbaycan Prezidenti İlham
Əliyevə təbrik məktubu gəlib.
AZƏRTAC
xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Qardaş Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi və ölkənin dayanıqlı
inkişafının təmin olunması istiqamətində həyata keçirilən irimiqyaslı
sosial-iqtisadi və ictimai-siyasi dəyişikliklərin böyük uğurları Sizin adınızla
sıx bağlıdır.
Əlamətdar haldır ki, Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əlirza oğlu
Əliyevin anadan olmasının 100 illiyinin qeyd edildiyi ildə Siz respublikanın
ərazi bütövlüyünü tam bərpa etməklə ümummilli Zəfərə nail oldunuz.
Əminəm ki, Azərbaycan xalqı Sizin strateji kursunuzu rəhbər tutaraq inamla
irəliləməkdə davam edəcək, güclü və çiçəklənən dövlət quruculuğunda yeni-yeni
zirvələr fəth edəcəkdir.
Etimada əsaslanan səmimi münasibətlərimizin, Qazaxıstan-Azərbaycan dostluq
əlaqələrinin, strateji tərəfdaşlığın və müttəfiqliyin möhkəmləndirilməsinə
Sizin şəxsi böyük töhfənizi yüksək qiymətləndirirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə qardaş Azərbaycanın rifahı və tərəqqisi
naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.
19:38
Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən
Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevə təbrik məktubu gəlib.
AZƏRTAC
xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ölkənizin rifahı naminə fəaliyyətinizdə uğurlar diləyir, xalqınızın isə Sizin
rəhbərliyinizlə gələcəkdə də xoşməramlı məqsədlərə nail olmasını arzu edirəm.
Əminəm ki, aramızdakı qarşılıqlı hörmət bundan sonra da davam edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə ailə səadəti, ali
dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Azərbaycan xalqına isə
firavanlıq və rifah arzulayıram”.
18:48
Bolqarıstan Prezidenti Rumen Radevdən Azərbaycan Prezidenti İlham Əliyevə
təbrik məktubu gəlib.
AZƏRTAC
xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul
etməyinizi xahiş edirəm.
Bu fürsətdən istifadə edərək, ölkələrimiz arasında strateji əməkdaşlığın və
çox gözəl münasibətlərin gələcəkdə daha fəal şəkildə inkişaf edərək
dərinləşəcəyinə inamımı bildirirəm.
Mən bu yaxınlarda Bolqarıstan və Serbiya arasında qaz interkonnektorunun
açılışı mərasimindəki görüşümüzü xoş xatirələrlə yada salıram. Bu görüş
ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda səmərəli təması
və fəal siyasi dialoqu daha da genişləndirməyə sadiqliyimizi bir daha təsdiq
etdi.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə
yeni uğurlar arzulayır, ən yüksək ehtiramımı bildirirəm”.
18:44
Serbiyanın Prezidenti Aleksandar Vuçiçdən Azərbaycan Prezidenti İlham Əliyevə
təbrik məktubu gəlib.
AZƏRTAC
xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
İcazə verin doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırım.
Sizə möhkəm cansağlığı, firavanlıq, həmçinin şəxsi və peşəkar fəaliyyətinizdə
uğurlar arzulayıram. Ölkələrimiz və xalqlarımız arasında qurduğumuz əlaqələr və
əməkdaşlığımızla, o cümlədən gündən-günə inkişaf edən şəxsi münasibətlərimizlə
fəxr edirəm.
Serbiya Respublikası Azərbaycan Respublikasının beynəlxalq hüququn və BMT-nin
Nizamnaməsinin prinsiplərinə əməl etməsi ilə bağlı mövqeyini yüksək
qiymətləndirir və bunu həm də ölkənizin bizim ölkəmizin suverenliyi və ərazi
bütövlüyünə hörmətinin göstəricisi kimi dəyərləndirir. Əmin ola bilərsiniz ki,
bu mövqe qarşılıqlıdır və Serbiya daim Azərbaycanın sadiq və etibarlı tərəfdaşı
və dostu olacaqdır.
Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi ilə bağlı Sizin son
səfəriniz zamanı Niş şəhərində görüşümüzdən məmnun qaldım. Bizim enerji
resurslarımızın şaxələndirilməsinə təkan verəcək bu görüş ikitərəfli
əməkdaşlığımızın daha da səmərəli olmasına, inkişaf etməsinə doğru atılmış bir
addımdır. Serbiya tərəfi azərbaycanlı dostları ilə əl-ələ verərək Sizinlə
müzakirə etdiyimiz və vətəndaşlarımızın mənafeyi naminə olan yeni ideyaların və
layihələrin reallaşdırılması istiqamətində birgə işləməyə hazırdır.
Sizinlə tezliklə görüşməyimə ümidvaram. Fürsətdən istifadə edərək,
Zati-alinizə bir daha səmimi təbriklərimi çatdırır, ən dərin ehtiramımı
bildirirəm”.
12:13
İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının
Prezidentiİlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda
“Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş
arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
İcazə verin, Sizə cansağlığı və xoşbəxtlik diləyi ilə ən xoş arzularımı
çatdırım”.
Bundan başqa, Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç də
Prezident İlham Əliyevi təbrik edib.
Məktubda
“Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur,
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzu
edirəm.
Cənab Prezident, Sizə ən xoş diləklərimi yetirir və ölkənizin rifahının daha
da yaxşılaşdırılması istiqamətindəki fəaliyyətinizdə yeni nailiyyətlər
arzulayıram.
Əminəm ki, Xorvatiya və Azərbaycan bundan sonra da ikitərəfli əməkdaşlığı
dostluq ruhunda möhkəmləndirəcək və dərinləşdirəcəkdir. Bunun üçün iqtisadi
əlaqələrin inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətimiz xüsusi
əhəmiyyət kəsb edir.
Cənab Prezident, Sizə olan ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
12:10
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının
Prezidentiİlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Qeyd etmək istərdim ki, Sizin strateji baxışlarınız və rəhbərliyiniz ilə
həyata keçirilən səmərəli siyasi və iqtisadi islahatlar Azərbaycanın beynəlxalq
nüfuzunu və sabitliyini möhkəmləndirib, xalqın rifahını əhəmiyyətli dərəcədə
yüksəldib.
Əminəm ki, Cənubi Qafqazda yeni geosiyasi reallıq, həmçinin
nəqliyyat-logistika imkanlarının genişlənməsi gələcəkdə də Qırğız Respublikası
ilə Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq
münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradacaqdır. Bu münasibətlər
bizim ötən ilin aprel və oktyabr aylarındakı ikitərəfli səfərlərimizin
yekunları nəticəsində misli görünməmiş səviyyəyə yüksəlib.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı,
əmin-amanlıq, qardaş Azərbaycan xalqının rifahı naminə ali dövləti
fəaliyyətinizdə yeni uğurlar diləyirəm”.
Bundan başqa, Ukraynanın Prezidenti Volodimir Zelenski də Prezident İlham
Əliyevi təbrik edib.
Məktubda
“Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
2023-cü il – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik
yubileyi ili Azərbaycan və şəxsən Sizin üçün əlamətdar il oldu. Məhz bu il
Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi.
Ukraynanı azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizədə
dəstəklədiyinizə, Rusiya ilə müharibənin humanitar nəticələrinin aradan
qaldırılmasında yardıma görə Azərbaycana və şəxsən Sizə minnətdaram.
Mən dövlətlərimiz arasında mövcud dostluq münasibətlərini, şəxsi konstruktiv
və səmimi dialoqumuzu yüksək qiymətləndirirəm. Əminəm ki, hörmət və etimada
əsaslanan Ukrayna-Azərbaycan strateji əməkdaşlığı bundan sonra da hər iki
ölkənin xalqlarının mənafeyi naminə fəal inkişaf edəcəkdir.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, bol enerji və məsuliyyətli dövləti
fəaliyyətinizdə uğurlar arzu edirəm”.
11:15
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasının
Prezidentiİlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə hərtərəfli inkişaf yolunda
inamla irəliləyir və beynəlxalq məsələlərdə öz nüfuzunu möhkəmləndirir.
Əminəm ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında möhkəm və qədim
əlaqələr daim inkişaf edəcək, xalqlarımıza və ölkələrimizə fayda gətirəcəkdir.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə
səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti, qardaş Azərbaycan
xalqına bundan sonra da sülh, tərəqqi və firavanlıq arzu edirəm”.
Bundan başqa, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko da
Prezident İlham Əliyevi təbrik edib.
Məktubda
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Şəksiz rəhbər istedadınız sayəsində milli lider kimi Siz Azərbaycanın səmərəli
iqtisadi inkişaf modelini həyata keçirmiş, dövlətin beynəlxalq arenada nüfuzunu
möhkəmləndirmisiniz.
Fürsətdən istifadə edərək, Sizi Qoşulmama Hərəkatında uğurlu sədrliyiniz
münasibətilə təbrik edirəm.
Məmnuniyyətlə qeyd edirəm ki, Minsk ilə Bakının hörmətə və qarşılıqlı
anlaşmaya əsaslanan strateji tərəfdaşlığı həm iqtisadi-ticari sahədə, həm də
əməkdaşlığın digər istiqamətləri üzrə mühüm nəticələr əldə etməyə imkan verir.
Dostluğumuzu, ölkələrimiz arasında yaranmış münasibətlərin etimada əsaslanan
xarakterini yüksək qiymətləndirir, yeni görüşləri və müxtəlif sahələrdə maraqlı
birgə layihələri nikbinliklə gözləyirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə Azərbaycan Respublikasının rifahı naminə
gələcək fəaliyyətinizdə yeni uğurlar, möhkəm cansağlığı, sülh, doğmalarınıza və
yaxınlarınıza xoşbəxtlik diləyirəm”.
Eyni zamanda, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon da
dövlətimizin başçısına təbrik məktubu ünvanlayıb.
Məktubda
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Qardaş Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda
irəliyə doğru inamla addımlamaqda davam edir, regional və beynəlxalq
məsələlərdə getdikcə artan rol oynayır.
İnanıram ki, Sizin siyasi kursunuzla irəliləyən Azərbaycan Respublikası
qüdrətli və inkişaf edən dövlət quruculuğunda yeni zirvələr fəth edəcək.
Fürsətdən istifadə edərək, həmçinin Sizi və Sizin simanızda ölkənizin bütün
sakinlərini Yeni 2024-cü il münasibətilə təbrik edirəm.
Qarşıdan gələn ilin əvvəli Azərbaycan cəmiyyəti üçün xüsusi əhəmiyyətli hadisə
– prezident seçkiləri ilə əlamətdar olacaq. Bu çox mühüm siyasi tədbirin uğurla
keçirilməsi ilə bağlı səmimi arzularımı çatdırıram.
Tarixə qovuşan 2023-cü ildə möhkəm dostluq ənənələrinə, qarşılıqlı hörmətə və
dəstəyə əsaslanan Tacikistan-Azərbaycan münasibətləri bir sıra mühüm
hadisələrlə əlamətdar olub. Onların arasında Sizin Tacikistana dövlət
səfərinizi qeyd etmək istərdim. Sizin ölkələrimiz və xalqlarımız arasında
dostluq və əməkdaşlıq münasibətlərinin ardıcıl möhkəmləndirilməsinə daimi
xüsusi diqqətinizi yüksək qiymətləndirirəm.
Xalqlarımızın köklü maraqları məcrasında iki ölkənin etimada əsaslanan
dövlətlərarası dialoqunun davam etdirilməsinə şad olacağam.
Əziz İlham Heydər oğlu, Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və
yeni böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və
dayanıqlı tərəqqi arzulayıram”.
10:53
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan
Respublikasının Prezidentiİlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az
məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu, əziz qardaşım.
Sizi mübarək doğum gününüz münasibətilə ürəkdən təbrik edir, ən xoş və səmimi
arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Biz Sizi Azərbaycan xalqının vətənpərvər və fədakar övladı, bizə qardaş xalqın
müdrik rəhbəri, zəmanəmizin görkəmli dövlət və siyasi xadimi kimi tanıyır və
bunu xüsusi olaraq etiraf edirik.
Sizin adınız Azərbaycanda sosial-iqtisadi inkişafın təmin edilməsi, müstəqil
dövlətçiliyin əsaslarının hərtərəfli möhkəmləndirilməsi istiqamətində aparılan
sistemli islahatlar və genişmiqyaslı dəyişikliklər, ölkənizin sürətli
inkişafına yönəlmiş böyük quruculuq işləri ilə sıx bağlıdır.
Xüsusən də Sizin güclü iradəniz sayəsində ölkənizin ərazi bütövlüyünün tam
bərpası və tarixi ədalətin bərqərar olunması, sözün əsl mənasında, reallığa
çevrildi.
Heç şübhəsiz ki, cari ilin avqust ayında bənzərsiz Azərbaycana dövlət səfərim
əsnasında Sizinlə qarşılıqlı etimad və səmimilik ruhunda apardığımız
danışıqlar, əldə etdiyimiz mühüm razılaşmalar, Füzuli şəhərində Mirzə Uluqbəy
adına məktəbin açılış mərasimində birgə iştirakımız genişmiqyaslı ikitərəfli
münasibətlərimizdə parlaq iz buraxmışdır.
Fürsətdən istifadə edərək, bu yaxınlarda gözəl Bakıda Sizin təşəbbüsünüzlə
Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları
üçün Xüsusi Proqramının birinci Zirvə görüşünün yüksək səviyyədə keçirilməsi
münasibətilə Zati-alinizi bir daha təbrik edərək xüsusi vurğulamaq istərdim ki,
həmin beynəlxalq tədbir regionumuzun ümumi inkişafının təmin olunmasına xidmət
edəcəkdir.
Əminəm ki, birgə səylərimizlə çoxşaxəli və uzunmüddətli strateji
tərəfdaşlığımız qardaş xalqlarımızın ümumi mənafeyi naminə gələcəkdə də
səmərəli şəkildə inkişaf edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizi – əziz qardaşımı həyatınızın bu sevincli günü
münasibətilə bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, tükənməz enerji,
ailə səadəti, son dərəcə şərəfli və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni
uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq, davamlı tərəqqi və
firavanlıq arzulayıram”.