7c7c9a9f-c5fb-4f6c-b27f-c1263fc6a6cf..jpg

Dünya media nəhəngləri səfirliyimizə silahlı basqını terror adlandırıblar – XÜLASƏ

Baxış sayı: 1. 039 dəfə baxılıb.

Dünya media nəhəngləri səfirliyimizə silahlı basqını terror adlandırıblar –
XÜLASƏ

Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücum bütün dünyada hiddət və
qınaqla qarşılanıb. Dünyanın aparıcı telekanalları və informasiya agentlikləri
molla-fars rejiminin törətdiyi cinayəti manşetlərə daşıyıblar.

Ötən gün dünyada ən çox baxılan və oxunan xəbər məhz səfirliyimizə edilən
hücum olub.

“Reuters” xəbəri “Azərbaycan səfirliyində ölümcül atışmadan sonra İrana kəskin
etirazını bildirib”, “Evrosionet” “Azərbaycanın İrandakı səfirliyinə silahlı
hücum olub”, CNN “Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub”, “The
Washington Post” “Azərbaycanın İrandakı səfirliyində baş verən atışma
gərginliyi artırır”, BBC “Azərbaycanın İrandakı səfirliyinə hücum nəticəsində
mühafizəçi həlak olub”, “İntellinnews” “Silahlı şəxs Azərbaycanın Tehrandakı
səfirliyinə basqın edərək təhlükəsizlik xidmətinin rəisini öldürüb” başlığı ilə
təqdim ediblər.

Bundan başqa Al Jazzire “Azərbaycanın İrandakı səfirliyinə hücum nəticəsində
bir nəfər ölüb”, “The Wall Street Journal” “Azərbaycanın İrandakı səfirliyində
silahlı şəxs bir nəfəri öldürüb”, Arab.news “Azərbaycanın İrandakı səfirliyində
atışma nəticəsində bir nəfər ölüb”, CEPA “İran səfirliyinin əməkdaşının
öldürülməsi bölgəni silkələyib”, TACC “Azərbaycanın Tehrandakı səfirliyi
silahlı hücuma məruz qalıb”, “Kommersant” “Azərbaycanın İrandakı səfirliyinə
hücum olub”, AA isə “Qazaxıstan Azərbaycanın Tehrandakı səfirliyinə hücumu
qətiyyətlə pisləyir” başlıqlı xəbərlər yayıblar.

Bütövlükdə ötən gün dünyanın 230-dan artıq aparıcı KİV-ində bu bədnam hadisə
barədə məlumat yayılıb.

Maraqlı məqam odur ki, yayılan xəbərlərin hamısında baş vermiş hadisə terror
aktı kimi xarakterizə olunub. Və rəsmi Tehranın mövqeyi qətiyyətlə pislənilib,
cinayətkarların və onların sifarişçilərinin ifşa olunması və cəzalandırılması
qətiyyətlə tələb edilib.

Source link