d42205f0-2894-48bd-aa5d-8367b4dc83db..jpg

Dünya orduları: Türkiyənin xüsusi təyinatlıları – VİDEO

Baxış sayı: 493 dəfə baxılıb.

Dünya orduları: Türkiyənin xüsusi təyinatlıları – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Caliber.Az” dünya ordularına həsr olunmuş silsilənin növbəti proqramında
qardaş Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin tərkibi,
silahları və döyüş potensialına nəzər salib.

Bildirilib ki, Türkiyə rəhbərliyi müharibə və sülh dövründə müxtəlif
vəzifələri səmərəli həll edə bilən xüsusi əməliyyat qüvvələrinin inkişafına və
təkmilləşdirilməsinə böyük diqqət yetirir. Xüsusi əməliyyat qüvvələri
Türkiyənin hərbi-siyasi rəhbərliyi tərəfindən hərbi əməliyyatlar teatrında
qoşun birləşmələrinin döyüş əməliyyatlarını təmin edən ən mühüm vasitə hesab
olunur.

Bundan əlavə, onlar ölkənin milli təhlükəsizliyinin təmin edilməsi maraqları
naminə geniş spektrli vəzifələri müstəqil şəkildə həll etməyə qadirdirlər.

Komandanlığın planlarına əsasən, Türkiyə xüsusi təyinatlılarının müharibədən
əvvəlki dövrdə və müharibə dövründə düşmən xətti arxasında kəşfiyyat-təxribat
fəaliyyəti, partizan hərəkatının təşkili, aviasiya vasitələrinin hədəflərə
yönəldilməsi və artilleriya atəşinin tənzimlənməsi ilə məşğul olması nəzərdə
tutulur. Sülh dövründə isə onlar Türkiyə, Suriya və İraqda PKK terrorçularına
qarşı mübarizədə istifadə oluna bilər.

Daha ətraflı “Caliber”in yeni buraxılışında:


Source link