Dünya pop ulduzlarından çağırış: “Musiqini süni intellektdən qoruyun”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ-nin Artistlərin Hüquqları Alyansı musiqidə neyroşəbəkələrin istifadəsinə
qarşı çıxıb.
Musiqini süni intellektdən qorumaq xahişi ilə açıq məktub Billi Ayliş, Nikki
Minaj, Keti Perri və Kamila Kabello da daxil olmaqla 200-ə yaxın musiqiçi
tərəfindən imzalanıb.
Müraciət müəllifləri elektron musiqi yaradıcılarından neyroşəbəkələrdən az
istifadə etməyi xahiş edirlər. Onlar bildirirlər ki, neyron şəbəkələrlə əldə
edilən musiqi əsl sənətçilərin səslərinin rəqəmsal surətlərini yaradır və bu,
müəllif hüquqları ilə bağlı problemlərdən yan keçmək üçün istifadə olunur.
Məktub müəllifləri əmin olduqlarını bildiriblər ki, süni intellekt vicdanla
istifadə edildikdə, həqiqətən də musiqi müəlliflərinə öz səslərini
zənginləşdirməyə kömək edə bilər.
Məktubu Con Bon Covi və Keyr Hadson kimi sənətçilər də imzalayıblar.
Mənbə: gazeta.ru