Dünya reytinqi: “Qarabağ” doqquz, “Neftçi” 20 pillə irəliləyib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni
dünya reytinqini açıqlayıb.
Bu barədə IFFHS-nin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, 402 komandadan ibarət siyahıya Azərbaycanın iki təmsilçisi
düşüb.
Ötən ay 70-ci yerdə qərarlaşan “Qarabağ” 61-ci pilləyə yüksəlib. Ağdam
təmsilçisinin hesabında 164,75 xal var.
“Neftçi”də 20 pillə irəliləmə müşahidə edilib. “Ağ-qaralar” (60,75 xal) 398-ci
yerdən 378-ci pilləyə yüksəlib.
Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar
Liqasının son qalibi “Mançester Siti” (385 xal) başçılıq edir. İspaniya
təmsilçisi “Real” (313 xal) ikincidirsə, İtaliyanın “İnter” (307 xal)
kollektivi üçüncü yerdədir.