7d6364ee-19eb-4b0d-8613-9b2ac16cec5f..jpg

Dünya şöhrətli aşpaz Şuşada master-klas keçib, hazırladığı milli yeməyə “Şuşalı” adını verib – FOTO/VİDEO

Baxış sayı: 982 dəfə baxılıb.

Dünya şöhrətli aşpaz Şuşada master-klas keçib, hazırladığı milli yeməyə
“Şuşalı” adını verib – FOTO/VİDEO

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə dünya şöhrətli aşpaz Tomas
Quqler “Qarabağ” hotelində master-klas keçib və milli yemək bişirib.

APA-nın yerli bürosunun məlumatına görə, aşpaz yeni bişirdiyi yeməyə “Şuşalı”
adını verib.

“Mən, əsasən, Azərbaycan xalqından ilham alıram. Məndən soruşanda ki ustad
dərsi necə olmalıdır, mən dedim ki, stola, sadəcə olaraq, Azərbaycan
biomüxtəlifliyi olan inqrediyentlərdən qoyarsınız, mən gəlib buradakı təbiətdən
ilham alıb, özüm bir resept hazırlayacağam.

“Gördüyünüz balıq, toyuğun xırçıldayan hissəsi və Azərbaycan meyvələri – ərik,
üzüm, bibər və tərəvəzlərdən ibarət “Şuşalı” adında kreativ yemək hazırladıq.
Bu, mənim üçün sadəcə, bir prosesdir. Bu, sadəcə, bişirmə texnikasından
ibarətdir. Modern bir texnikadır və bu, normaldır. Mən boşqablarda bir
incəsənət əsəri yaradıram. Yeməyin görünüşü və bişirmə texnikası məhsulları
qədər vacibdir”, – Tomas Quqler vurğulayıb.


Source link