Dünya və Avropa çempionları Qazaxa gedib

Baxış sayı: 2. 721 dəfə baxılıb.

Bu ilin oktyabr ayında Macarıstanda keçiriləcək Dünya çempionatında iştirak edəcək Azərbaycan Respublikasının sərbəst güləş üzrə Olimpiya Milli yığma komandası yarışla əlaqədar təlim-məşq toplantıları davam edir. 

Azərbaycan Güləş Federasiyasından ÇıxışYolu.Com-ya verilən məlumata görə, Dünya və Olimpiya çempionatlarının mükafatçılarından Hacı Əliyevin, Şərif Şərifovun, Cəbrayıl Həsənovun və başqalarının yer aldığı təlim-məşq toplantılarına ümumilikdə 40 idmançı qatılıb.

Federasiyadan bildirilir ki, məşqlərə böyük diqqət var. Hətta Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da idmançılarla görüşüb. O, təlim-məşq toplantılarının Qazaxda keçirilməsinin, Dünya və Avropa çempionlarının rayona gəlişinin onlar üçün böyük əhəmiyyəti olduğunu vurğulayıb. 

Keçirilən təlim-məşqlər barədə məlumat verən Güləş Federasiyasının vitse-prezidenti, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov qeyd edib ki, toplantıları avqustun 25-dək davam edəcək:

“Avqustun 9-dan başlayan təlim-məşq toplantılarında Azərbaycan idmançıları ilə yanaşı, Rusiya və Kanada Milli yığma komandalarının üzvləri də iştirak edir”.

www.ÇıxışYolu.Com