369b3aaa-2d95-4ab6-b191-1acd219f027a..jpg

Dünyada ən yüksək vəzifədə olan qadınlar – FOTO

Baxış sayı: 576 dəfə baxılıb.

Dünyada ən yüksək vəzifədə olan qadınlar – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mövcud olmuş əksər imperiyalar və onların bugünkü mənəvi varisləri, demək olar
ki, kişilər tərəfindən idarə olunub. Ancaq müasir dövrdə qadınlar getdikcə daha
yüksək siyasi vəzifələrə, o cümlədən dövlət və hökumət başçıları postlarına
gətirilirlər.

Lakin BMT-yə üzv dövlətlərdə liderlik rollarının kiçik faizini qadınlar təşkil
edir. BMT-yə üzv 193 dövlətin baş nazirlərinin 21 faizini, parlament üzvlərinin
isə cəmi 26 faizini qadınlar təşkil edir.

Buna rəğmən, siyasi palitrada gender bərabərliyinin təmini sahəsində
böyükölçülü olmasa da, müəyyən irəliləyiş qeydə alınır.

Nəticə də göz qabağındadır: dünyada dövlət və hökumət başçısı olan qadınlar
var.

Cixisyolu.com idarəetmə yüksək vəzifə sahibi olan xanımların, o cümlədən dövlət
başçısı və baş nazir vəzifələrində olan əksər qadınların siyahısını hazırlayıb.

Öncəliklə qeyd edək ki, Azərbaycanda Birinci vitse-prezident vəzifəsini
Mehriban Əliyeva tutur.

Mehriban Əliyeva 2004-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və milli dövlətçilik ideyalarının
təbliği məqsədi ilə yaradılmış Heydər Əliyev Fonduna rəhbərlik edir.

2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi
irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə
UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.

2004-cü ilin dekabrında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV
Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.

2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən
isə Partiyanın sədr müavinidir.

2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

2005, 2010 və 2015-ci illərdə üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan
Respublikasının Milli Məclisinin deputatı seçilib.

Humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası
və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və
qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə
2006-cı ilin noyabrında ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.

2016-cı ilin iyununda Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV
Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilib.

2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
vəzifəsinə təyin edilib.

Banqladeşin Baş naziri Şeyx Hasina 2009-cu ildən bəri ölkə hökumətinə
rəhbərlik edir.

Barbadosun hazırkı Prezidenti Sandra Mason vaxtilə ölkənin birinci
vitse-prezidenti də olub.

Daha sonra isə Britaniyanın Barbadosdakı təmsilçisi statusunda adanı
general-qubernator olaraq idarə edib. 2021-ci ildən isə Sandra Mason
prezidentdir.

Avropa qitəsində bir neçə dövlətdə qadın liderlər var.

Bosniya və Herseqovina Nazirlər Şurasının sədri xanımdır. Nazirlər Şurasına
Boryano Kristo sədrlik edir.

Danimarkanın Baş naziri Mette Frederiksen 2019-cu ilin iyunundan bu vəzifəni
tutur.

Katrin Yakobsdottir 2017-ci ildən İslandiyanın Baş naziridir.

İtaliyanın hazırkı Baş naziri Ciorcia Melonidir.

O, 2022-ci ilin oktyabrından etibarən İtaliya Nazirlər Şurasına sədrlik edir.

2023-cü ilin sentyabrın 15-də Latviyanın baş naziri postuna Evika Silina təyin
edilib.

Estoniyanın baş naziri də zərif cinsin nümayəndəsidir.

Kaya Kallas 2021-ci ildən ölkənin hökumət başçısıdır.

Digər Baltikyanı ölkə Litvaya da xanım baş nazirlik edir.

İnqrida Şimonite 2020-ci ildən bu vəzifədədir.

Moldovanın Prezidenti Maya Sandu 2020-ci ildə bu vəzifəyə seçilib.

Slovakiyanın prezidenti də xanımdır.

Zuzana Çaputova 2019-cu ildən bu yana prezidentdir. Onun səlahiyyət müddəti
2024-cü il iyunun 24-də bitir.

Sloveniya Respublikasının Prezidenti Nataşa Pirç Musar 2022-ci ilin dekabrın
23-dən vəzifəsinin icrasına başlayıb.

Katerina Sakellaropulu 2020-ci ilin martından Yunanıstanın prezidentidir.

Afrikada yerləşən Efiopiya Federativ Demokratik Respublikasının prezidenti
qadındır. Efiopiyaya Sahle-Vork Zevde prezidentlik edir.

Namibiyaya xanım Saara Kuuqongelva-Amadila baş nazirlik edir.

İris Siomara Kastro hazırda Hondurasın prezidentidir.

Hindistanın prezidenti qadındır.

Droupadi Murmuya 2022-ci ilin iyulunda keçirilən prezident seçkisində qalib
olub.

Yeni Zelandiyanın general-qubernatoru Sindi Kiro 2021-ci ildən bu vəzifəni
daşıyır.

Peru Prezidenti Dina Boluarte 2022-ci ildən dövlət başçısı postunu tutur.

Cənubi Qafqaz regionunda olan Gürcüstanın prezidenti qadındır. Salome
Zurabişvili 2018-ci ilin dekabrından vəzifəsinin icrasına başlayıb.

Göründüyü kimi, hər yeni seçki ilə qadın lideri olan ölkələr siyahısına
yeniləri əlavə edilə və ya çıxarıla bilər.

Aqil Vəlili

Source link