Dünyada 12 ədəd olan avtomobil: Bir dəfə batareyanı doldurursan… – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Baku TV-nin “Autograph” verilişinin ilk buraxılışı efirə gedib.
Məşhur avtobloqer Natiq Zərbəli və Ayna Zərbəliyevanın aparıcılığı ilə
yayımlanan verilişdə avtomobillərlə bağlı ən son yeniliklərdən bəhs olunub.
Proqramda Cenevrə Beynəlxalq Avtomobil Sərgisində nümayiş edilən avtomobillər
haqqında maraqlı faktlardan danışılıb.
Həmçinin qeyd edilib ki, bu avtoşouda ənənəvi olaraq Avropada ilin ən yaxşı
avtomobili seçilir. Budəfəki müsabiqədə isə 2024-cü ilin avtomobili “Renault
Scenic E-Tech” olub.
“80edays” layihəsi ilə avtomobil dünyasına səs-küy salan ispaniyalı Rafael de
Mestre de verilişdə qonaq olub.
80 gün ərzində elektromobillə dünyanı gəzmək istəyən Rafael de Mestre
layihəsinin məqsədindən, eləcə də elektrik avtomobillərinin gələcəyindən
danışıb.
Daha ətraflı videoda: