4368fa5a-8884-42e3-a2d1-7627dbdbab27..jpg

Dünyada şampan şərabına tələb azalıb

Baxış sayı: 565 dəfə baxılıb.

Dünyada şampan şərabına tələb azalıb

Ən böyük şampan istehsalçısı “Moët Hennessy – Louis Vuitton” (LVMH)
2021-2022-ci illərdə populyarlığının sürətli artımından sonra 2022-ci ildə öz
məhsullarına tələbatın zəiflədiyini bildirib.

Bunu konsernin şərab və spirtli içkilər bölməsinin rəhbəri Filip Şaus deyib.

Onun sözlərinə görə, əvvəllər uzun karantinlərdən sonra “əyləncəyə hərislik”
var idi. Lakin bu il ev şəraitində istehlak üçün şampan şərabına tələbat azalıb.

Eyni zamanda, gecə klubları və restoranlarda, məsələn, Yunan adalarında və
İtaliya Rivyerasında tələb yüksək olaraq qalır.

Qeyd edək ki, “Dom Pérignon” da daxil olmaqla şampan brendləri LVMH-nin
gəlirinin 7,5%-ni təşkil edir. Bununla belə, bölmənin satışları ABŞ-dəki
tənəzzül səbəbindən ilin ilk yarısında 3% azalıb.

Proqnozlara görə, 2023-cü ildə 314 milyon şüşə şampan satılacaq ki, bu da
əvvəlki illə müqayisədə 3,7% azdır.

Mənbə: gazeta.ru

Source link