Dünyada son bir ilin ən çox məhsuldar ötürmə edən futbolçuları – SİYAHI
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi CIES dünyanın 75 liqasında son bir il
ərzində ən çox məhsuldar ötürmə edən futbolçuların siyahısını açıqlayıb. Cədvəl
oyunçuların assist sayı və çempionatın səviyyəsi nəzərə alınaraq
formalaşdırılıb.
İlk pillədə “Mançester Siti”nin futbolçusu Kevin De Bruyne yer alıb. O, son
bir il ərzində 18 qolun ötürməsini edib. İkinci yerdə “Barselona”nın vingeri
Usman Dembele qərarlaşıb. Fransalı oyunçunun aktivində 14 assist var. 3-cü
pillədəki Lionel Messi daha çox – 17 məhsuldar ötürmə müəllifi olub. Ancaq
Fransa Liqa 1-in əmsalı aşağı olduğundan PSJ-nin hücumçusu Dembeledən geridə
yer alıb.
Sıralamada ilk “10-luq” belədir:
1. Kevin De Bruyne (“Mançester Siti”, İngiltərə) – 18 məhsuldar ötürmə
2. Usman Dembele (“Barselona”, İspaniya) – 14
3. Lionel Messi (PSJ, Fransa) – 17
4. Duşan Tadiç (“Ayaks”, Niderland) – 19
5. Neymar (PSJ, Fransa) – 14
6. Deyan Kuluşevski (“Tottenhem”, İngiltərə) – 12
7. Bukayo Saka (“Arsenal”, İngiltərə) – 11
8. Antuan Qrizmann (“Atletiko”, İspaniya) – 11
9. Ahmed Sayed (“Zamalek”, Misir) – 19
10. Mayk Tresor (“Genk”, Belçika) – 18