c60b621d-19c3-4d7e-9439-a1673c05e258..jpg

Dünyanın ən bahalı futbolçuları açıqlandı

Baxış sayı: 505 dəfə baxılıb.

Dünyanın ən bahalı futbolçuları açıqlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın ən bahalı 100 futbolçusunun adları bəlli olub.

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) yeni siyahını açıqlayıb.

CIES-in versiyasına əsasən, İspaniyanın “Real” klubunda çıxış edən ingiltərəli
Cud Bellinqem ilk pillədə qərarlaşıb.

20 yaşlı oyunçunun dəyəri 267,5 milyon avro olaraq qiymətləndirilib. İngiltərə
təmsilçisi “Mançester Siti”dən norveçli Erlinq Holand (251,2 milyon avro)
ikinci, Bellinqemin komanda yoldaşı, braziliyalı Vinisius Junior (250,3 milyon
avro) üçüncü olub.

“Real”dan Rodriqo (247,9 milyon avro), İngiltərənin “Arsenal” klubundan Bukayo
Saka (223 milyon avro), “Mançester Siti”dən Fil Foden (195,8 milyon avro),
İspaniya çempionu “Barselona”dan Qavi (175,4 milyon avro), “Mançester Siti”dən
Xulian Alvares (164,7 milyon avro), Almaniyanın “Bavariya” komandasından Camal
Musiala (152,4 milyon avro) və “Arsenal”dan Martin Edeqor (150,6 milyon avro)
ilk onluğu tamamlayıblar.

Source link