Dünyanın ən bahalı futbolçuları – TOP 10

Baxış sayı: 2. 630 dəfə baxılıb.

“CIES Football Observatory” mərkəzi tədqiqat apararaq dünyanın ən bahalı futbolçularını müəyyən edib.

ÇıxışYolu.Com həmin tədqiqatın nəticəsinə əsaslanaraq, 2019-cu ilin ən bahalı futbolçularının TOP 10-luğunu təqdim edir:

1.Kilian Mbappe

Dünyanın ən bahalı futbolçuları – TOP 10

Klub: “Pari Sen-Jermen”

Transferin dəyəri: €252 mln

“Pari Sen-Jermen”in fransalı hücumçusu Kilian Mbappe dünyanın ən bahalı futbolçusu elan olunub.

Tədqiqatın nəticəsinə əsasən, 20 yaşlı hücumçunun transfer dəyəri €252 mln təşkil edir.

Belə ki, o, Fransa yığmasının tərkibində dünya çempionu olmuş, eləcə də turnirin ən yaxşı cavan oyunçusu elan olunmuşdu.

Mbappe, həmçinin ikiqat Fransa çempionu olmaqla yanaşı, Fransa Liqasının Kuboku, eləcə də Fransa Kubokunu qazanıb.

2.Məhəmməd Salah

Dünyanın ən bahalı futbolçuları – TOP 10

Klub: “Liverpul”

Transferin dəyəri: €219,6 mln

Məhəmməd Salah Misir yığması və “Liverpul” klubunun hücumçusudur. O, Misirin milli yığmasının tarixində ən yaxşı hücumların beşliyindədir.

2013-cü ildə İsveçrə Superliqasının ən yaxşı oyunçusu, 2018-ci ilin aprelində isə “İngiltərə premyer-liqasının ən yaxşı oyunçusu” adına layiq görülüb.

3.Rahim Sterlinq

Dünyanın ən bahalı futbolçuları – TOP 10

Klub: “Mançester Siti”

Transferin dəyəri: €207,8 mln

Yamayka mənşəli futbolçu Rahim Sterlinq “Mançester Siti” klubu və İngiltərə yığmasının yarımmüdafiəçisidir. Futbolçunun 24 yaşı var.

4.Lionel Messi

Dünyanın ən bahalı futbolçuları – TOP 10

Klub: “Barselona”

Transferin dəyəri: €167,4  mln

“Barselona”nın oyunçusu Lionel Messi 31 yaşdan yuxarı ən bahalı futbolçuların reytinqinə liderlik edir. Messinin transfer dəyəri €167,4  mln təşkil edir.

5.Ceydon Sanço

Dünyanın ən bahalı futbolçuları – TOP 10

Klub: “Borussiya Dortmund”

Transferin dəyəri: €159,4  mln

İngiltərəli futbolçu Ceydon Sanço Almaniya Bundesliqası “Borussiya Dortmund” klubu və İngiltərə yığmasının vinqeridir.

2018-ci ilin oktyabrında Bundesliqanın ən yaxşı oyunçusu adına layiq görülmüşdü. O, bu ay Almaniya çempionatında üç oyun keçirərək, öz hesabına üç qol yazıb, eləcə də qolla nəticələnən ötürmənin müəllifi olub.

6.Sadio Mane

Dünyanın ən bahalı futbolçuları – TOP 10

Klub: “Liverpul”

Transferin dəyəri: €157,8 mln

Mənşəcə seneqallı olan Sadio Mane “Liverpul” klubunun və Seneqal yığmasının yarımmüdafiəçisidir. O, 2012-ci ildə Londonda keçirilən Olimpiya oyunları, 2015-ci ildə Afrika millətlərinin Kuboku, eləcə də 2018-ci idə Dünya Çempionatının final turnurində iştirak edib.

7.Harri Keyn

Dünyanın ən bahalı futbolçuları – TOP 10

Klub: “Totenhem Hotspur”

Transferin dəyəri: €155,2 mln

Harri Keyn “Tottenhem Hotspur” klubunun hücumçusu və vitse-kapitanı, eləcə də İngiltərə yığmasının kapitanıdır. O, həmçinin Britaniya imperiyası ordeninin üzvüdür.

2018-ci il Dünya Çempionatında hesabına altı vurulmuş qol yazmaqla turnirin ən yaxşı bombardiri adına layiq görülmüşdü.

8.Roberto Firmino

Dünyanın ən bahalı futbolçuları – TOP 10

Klub: “Liverpul”

Transferin dəyəri: €144,2 mln

Braziliyalı futbolçu Roberto Firmino “Liverpul” klubu və Braziliya yığmasının hücumçusudur. 2015-ci il iyunun 24-də onun “Liverpul”a keçməyi elan olunmuşdu.

9.Antuan Qrizmann

Dünyanın ən bahalı futbolçuları – TOP 10

Klub: “Atletiko Madrid”

Transferin dəyəri: €143,8 mln

Fransalı futbolçu Antuan Qrizmann “Atletiko Madrid” və Fransa yığmasının hücumçusudur.

Milli yığmanın tərkibində 2018-ci ilin dünya çempionu və 2016-ci ildə Avropa Çempionatının gümüş mükafatçısı olub.

2016-cı ildə  Avropa Çempionatının ən yaxşı oyunçusu adına layiq görülüb.

10.Leroy Sane

Dünyanın ən bahalı futbolçuları – TOP 10

Klub: “Mançester Siti”

Transferin dəyəri: €137,1 mln

Almaniyalı futbolçu Leroy Sane “Mançester Siti” klubu və Almaniya yığmasının hücumçusudur.

Sane 2015-ci ilin noyabrın 13-də Fransa yığması ilə qarşılaşmada əvəzləməyə çıxaraq Almaniyanın ilk yığmasının tərkibində debüt etmişdi. Lakin o, 2018-ci ildə yığmaya dəvət almamışdı ki, bu da Almaniyanın turnirdə məğlubiyyət səbəblərindən biri kimi gətirilmişdi.