2a946482-82f0-4cb4-93e2-50a7ebc1994a..jpg

Dünyanın ən bahalı futbolçusunun adı açıqlanıb

Baxış sayı: 958 dəfə baxılıb.

Dünyanın ən bahalı futbolçusunun adı açıqlanıb

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) dünyanın ən bahalı
futbolçularının siyahısını açıqlayıb.

Cixisyolu.com qurumun rəsmi saytına istinadən xəbər verir ki, araşdırma 75 liqadan
ümumilikdə 30 000 oyunçu arasında aparılıb.

Yekun nəticəyə əsasən, İngiltərə millisinin və Almaniyanın “Borussiya”
(Dortmund) komandasının hücumameyilli yarımmüdafiəçisi Cud Bellingem ən bahalı
futbolçu olub. Onun transfer qiyməti 208,2 milyon avro olaraq qiymətləndirilir.

İlk “üçlük”də həmçinin İngiltərənin “Mançester Siti” klubunun vingeri Fil
Foden (200,5 milyon avro) və Fransa PSJ-sinin hücumçusu Kilian Mbappe (190,7
milyon avro) yer alıb.

Reytinqdə “ilk 10-luq” aşağıdakı kimidir:

1. Cud Bellingem (İngiltərə, “Borussiya” Dortmund) – 208,2 milyon avro
2. Fil Foden (İngiltərə, “Mançester Siti”) – 200,5 milyon avro
3. Kilian Mbappe (Fransa, PSJ) – 191,7 milyon avro
4. Vinisius Junior – (Braziliya, “Real Madrid”) – 190,5 milyon avro
5. Erlinq Holan – (Norveç, “Mançester Siti”) – 174,9 milyon avro
6. Pedri (İspaniya, “Barselona”) – 170,2 milyon avro
7. Qavi (İspaniya, “Barselona”) – 147,6 milyon avro
8. Camal Musiala (Almaniya, “Bavariya”) – 145,1 milyon avro
9. Yoşko Qvardiol (Xorvatiya, “Leypziq”) – 125,8 milyon avro
10. Federiko Valverde (Uruqvay, “Real Madrid”) – 123,5 milyon avro

Qeyd edək ki, PSJ-nin hücumçusu Lionel Messi və “Əl-Nəsr”in forvardı Kriştianu
Ronaldu ilk “100-lük”dən kənarda qalıb.

Source link