Sinqapur ardıcıl beşinci dəfə dünyanın ən bahalı şəhəri seçilib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə TASS məlumat yayıb
“Worldwide Cost of Living 2018” (Dünya yaşayış xərcləri 2018) adlı cədvəl tərtib olunan zaman Nyu Yorkdakı yaşayış səviyyəsi əsas götürülüb.
Sinqapurdan başqa yaşayış xərclərinin ən yüksək olduğu şəhərlər sırasına Paris, Sürix, Honq Konq, Oslo, Cenevrə, Seul, Kopenhaqen, Tel-Əviv və Sidney kimi meqapolislər düşüb.
Reytinq cədvəlinə ümumilikdə 133 şəhər daxil edilib. Cədvələ görə, yaşayış xərclərinin ən ucuz olduğu şəhərlər arasında Dəməşq, Karakas və Almatı şəhərləri yer alır.
Reytinqi tərtib edənlər, “top onluğa” nə üçün heç bir ABŞ şəhərinin düşməməsinə də aydınlıq gətirib. Müəlliflərin sözlərinə görə Nyu York və Los Ancelesin 13 və 14-cü yerlərə düşməsi dolların ucuzlaşması ilə əlaqədar olub.