ABŞ-ın Kaliforniya ştatında dünyanın ən böyük aviamühərrikinin sınaqları keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “GE Aviation” məlumat yayıb.
“General Electric” şirkəti tərəfindən istehsal olunmuş bir turbo-pərli “GE9X” reaktiv mühərriki “Boeing 747-400” uçan laboratoriyasında yoxlanılıb.
Dörd saat davam edən sınaqların uğurlu nəticələndiyi bildirilir.
Mühərrik 47,6 tona qədər yük daşımağa imkan verir. “Boinq 777-8” modelinin 2020-ci ildən etibarən bu güc qurğusu ilə təchiz olunacağı bildirilir.