fcc1c0df-591e-43d4-847d-3ca768a30f26.jpg

Dünyanın ən dar “Jeep Wrangler” modeli

Baxış sayı: 182 dəfə baxılıb.

Mərakeşdə dünyanın ən dar “Jeep Wrangler” modeli aşkar edilib.

Cixisyolu.com xəbər verir ki, bu barədə motor.ru yazır.

İnanılmaz dərəcədə qəribə avtomobil yerli kolleksiyaçılardan biri üçün
hazırlanıb. Maraqlıdır ki, avtomobil altı silindrli mühərriklə idarə olunur.

İlk baxışdan belə görünür ki, avtomobilin fotoları neyroşəbəkələrdən istifadə
edilməklə yaradılıb. Lakin mühəndislər təxminən bir metr enində avtomobili
hazırlamaq üçün həqiqətən də üçün çox çalışıblar. Bu prosesdə avtomobil uzununa
kəsilib, kuzovun və şassinin mərkəzi hissəsi çıxarılıb, sonra qalan hissələri
yenidən qaynaqlanıb.

Ən dar “Jeep Wrangler”in salonunda sürücü və onun arxasında bir sərnişin
yerləşə bilər. Təəccüblüdür ki, mühəndislər avtomobilin kapotunun altına
“Wrangler”in zavodda təchiz edildiyi 280 at gücünə malik 3,6 litrlik V6
mühərrikini yerləşdirməyi bacarıblar.

Source link