c314422e-f2a1-474c-9fe9-e34f70766faa..jpg

Dünyanın ən məşhur rejissoru barədə komiks çəkilir – FOTO

Baxış sayı: 843 dəfə baxılıb.

Dünyanın ən məşhur rejissoru barədə komiks çəkilir – FOTO

“Titan Comics” Hollivud kinorejissoru Kventin Tarantino haqqında qrafik roman
hazırlayacaq.

Komiks “Quentin By Tarantino” adlanacaq, xüsusi diqqət isə rejissorun
karyerasına yetiriləcək. Əsərin müəllifi “Amazing Améziane” olacaq.

Qrafik romanın süjetində Tarantinonun “Spaghetti Western” alt janrına olan
sevgisindən, karyerası boyu yazdığı ikonik kadrlarından və dialoqlardan bəhs
edəcək.

Qeyd olunur ki, komiksdə rejissorun həyatından bir çox heyrətləndirici
məqamlara da yer ayrılacaq.

Xatırladaq ki, bir müddət əvvəl Tarantino “Marvel” filmlərindən
təsirlənmədiyinietiraf edib .
Onun sözlərinə görə, belə filmlərdə rol alan aktyorları kino ulduzu
adlandırmaq olmaz. “Kapitan Amerika bir ulduzdur. Tor bir ulduzdur. Bu
filmlərin qəhrəmanları ulduzlardır, aktyorlar deyil”, – deyə rejissor bildirib.

Mənbə: Lenta.ru

Source link