Pekində dünyanın ən nəhəng hava limanının tikintisi başa çatıb.
Bu barədə RİA Novosti xəbər yayıb.
Bildirilir ki, paytaxtdan 46 kilometr aralıda yerləşən “Dasin” aeroportunun ərazisi 1 milyon kv.m təşkil edir.
Dünyada hava limanları arasında ən mürəkkəb mühəndis layihəsi sayılan “Dasin” bu il sentyabrın 30-da istifadəyə veriləcək. 2025-ci ilədək aeroportun il ərzində 72 milyon sərnişinə xidmət edə biləcəyi gözlənilir.
Qeyd edək ki, “Dasin”in memarı və dizayneri məşhur britaniyalı Zaha Hədiddir.