JD Sports şirkəti dünyanın ən populyar futbol klubunu müəyyənləşdirib.
ÇıxışYolu.Com-ın “Marca” nəşrinə istinadən verdiyi məlumata görə, “Google” axtarış sorğularının analizinə əsasən aparılan araşdırmanın nəticəsinə əsasən, 97 ölkədə ən populyar klub “Real”dır.
İkinci yerdə İngiltərənin “Arsenal” klubu (17 ölkə), üçüncü yerdə isə “Mançester Yunayted” klubu (16 ölkə) qərarlaşıb.
Qeyd edək ki, “Real” FİFA tərəfindən XX əsrin ən yaxşı futbol klubu tanınıb.