Tədqiqatçılar Misirdən olan 2 mumyanın üzərində dünyanın ən qədim döymələrini aşkarlayıb. Mumyalanmış şəxslərin 5 min il bundan əvvəl yaşadığı bildirilir.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Eramızdan əvvəl yaşamış kişi mumyasının qolunun yuxarı hissəsində vəhşi öküz və yallı qoyun, qadın mumyasında isə S-vari naxışlar təsvir olunub. Kompüter tomoqrafiyası ilə aparılan müayinə birincinin 18-21 yaşlarında olduğunu və arxadan vurulan bıçaq zərbəsindən öldüyünü ortaya çıxarıb. Həmin mumya 100 il əvvəl tapılsa da, bədənində olan tatu nədənsə tədqiqatçıların gözündən yayınıb.
Bu tapıntı, döymə sənətinin Afrikada minillər əvvəl yayıldığını sübuta yetirir. Həmin döymələr barədə təfsilatlı məlumatlar “Journal of Archaeological Science” jurnalında dərc olunub.