window._ttzi = 126;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
“Bloomberg” agentliyi əhalinin sağlamlıq səviyyəsinə görə dünya ölkələrinin reytinqini hazırlayıb.
Siyahıya ötən illə müqayisədə, beş pillə irəliləmiş İspaniya başçılıq edir. Ardınca 2018-ci ilin lideri İtaliya gəlir.
İlk onluğa İslandiya, Yaponiya, İsveçrə, İsveç, Avstraliya, Sinqapur, Norveç və İsrail kimi ölkələr daxil edilib.
Reytinq cədvəli tərtib olunan zaman Ümumdünya Səhiyyə Təşkilatının, BMT-nin əhali bölməsinin və Ümumdünya Bankının statistik məlumatları təhlil olunub.
Araşdırmada müxtəlif risk və faktorlar, o cümlədən, həyat davamlılığı, sanitar və ekoloji şərait, insanlar üçün yaradılan tibbi şərait, içməli suyun təmizlik səviyyəsi, siqaret çəkən və çəkməyən insanların nisbəti, həmçinin, artıq çəkidən əziyyət çəkən insanların sayı nəzərə alınıb.