be6579fb-77de-456d-854b-e9e790688d19..jpg

Dünyanın ən sürətli adamının milyonlarını apardılar – FOTO

Baxış sayı: 1. 085 dəfə baxılıb.

Dünyanın ən sürətli adamının milyonlarını apardılar – FOTO

Olimpiya çempionu Useyn Bolt fırıldaqçılığın qurbanı olub. O, bu səbəbdən
milyonlarla dollar itirib.

Bu barədə idmançının meneceri Nacent Uoker xəbər verib.

Vəsaitlər onun Yamaykada “Stocks and Securities Limited” investisiya
şirkətindəki hesabından yoxa çıxıb.

İstintaq davam etdiyi üçün Uoker dəymiş ziyanın dəqiq məbləğini açıqlamayıb.

KİV-də bildirilir ki, insidentdə “Stocks and Securities Limited”in keçmiş
əməkdaşı şübhəli bilinir.

Qeyd edək ki, qısa məsafəyə qaçış üzrə ixtisaslaşan Useyn Bolt səkkizqat
olimpia çempionu və 11 qat dünya çempionudur, səkkiz dəfə dünya rekordu qırıb.
Yamaykalı yüngül atlet həmçinin 100-200 metr məsafədə tarixin ən sürətli
sprinteri sayılır.

Mənbə: Lenta.ru

Source link