Dünyanın ən yaşlı cütlüyündəki kişi öldü

Dünyanın ən yaşlı cütlüyündəki kişi öldü

Baxış sayı: 2. 295 dəfə baxılıb.

Dünyanın ən yaşlı cütlüyündəki kişi öldü

Dünyanın ən yaşlı ailə cütlüyündəki yaponiyalı Masao Matsumomto Takamatsu (Kaqava prefekturası) şəhərində dünyasını dəyişib. 

ÇıxışYolu.Com Kyodo agentliyinə istinadən bildirir ki, cütlüyün birlikdə 210 yaşı vardı.

108 yaşlı kişinin ölüm səbəbi kimi isə ürək çatışmazlığı gətirilir.Masao və həyat yoldaşı Miyako birlikdə 81 il və 201 gün yaşayıblar. 

Onların hər ikisi də Oitanın cənub-qərbi prefekturasında anadan olublar. Onların 5 qızı, 13 nəvəsi və 25 nəticəsi olub.

Qeyd edək ki, 2018-ci ildə onlar Norveçdən olan cütlük Karl və Qurdren Dolvenin nailiyyətini 57 gün üstələməklə, Ginnesin rekordlar kitabına düşüblər.