75baf5db-a532-467c-8564-0db8538c0b31..jpg

Dünyanın ən yaşlı qadını 128 yaşında vəfat etdi

Baxış sayı: 830 dəfə baxılıb.

Dünyanın ən yaşlı qadını 128 yaşında vəfat etdi

Dünyanın ən yaşlı qadını adlandırılan Cənubi Afrikadan olan 7 uşaq anası
Yohanna Mazibuko 128 yaşında vəfat edib.

Qadın üç fərqli əsrdə yaşayıb və Cənubi Afrikanın Şimal-Qərb əyalətindəki
evində dünyasını dəyişib.

Onun qəyyumu və baldızı Tandive Vesinyanın sözlərinə görə, qadın insultdan
ölmüş ola bilər.

Qeyd edək ki, Mazibukonun dünyanın ən yaşlı qadını olması ilə bağlı məlumatlar
rəsmi olaraq təsdiqlənməyib. Hazırda ABŞ əsilli Maria Branyas Morera Ginnesin
Rekordlar Kitabına görə dünyanın ən yaşlı insanı sayılır. 2023-cü ilin
yanvarında onun 115 yaşı tamam olub.

Mənbə: focus.ua

Source link