a48839e5-9485-4194-9198-53778400a3a9..jpg

Dünyanın ən yaxşı məşqçilərinin siyahısı AÇIQLANDI: Qurban Qurbanov Roberto de Dzerbini keçib

Baxış sayı: 495 dəfə baxılıb.

Dünyanın ən yaxşı məşqçilərinin siyahısı AÇIQLANDI: Qurban Qurbanov Roberto de
Dzerbini keçib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın ən yaxşı baş məşqçilərinin yeni siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, planetin 500 ən güclü mütəxəssisi sırasında yer alan
yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovun mövqeyi dəyişib.

“Qarabağ”ın baş məşqçisi dünya reytinqində 138-ci yerə yüksəlib. 1 670 xala
malik 52 yaşlı mütəxəssis tanınmış məşqçi Roberto de Dzerbini keçib.
“Brayton”un italiyalı çalışdırıcısı 138-ci pillədən 143-cü yerə düşüb.

“Neftçi”nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç 1 616 xalla siyahıda
195-cidir. O, ötən siyahıdakı mövqeyini qoruyub.

Qeyd edək ki, cədvələ 2228 xala malik “Mançester Siti”nin baş məşqçisi Pep
Qvardiola başçılıq edir.

Source link